Yəməndə törədilən terror aktı nəticəsində 11 nəfər ölüb

yemenYəmənin Laxc şəhərində törədilən terror aktı nəticəsində 11 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze minalanmış avtomobili inzibati binaya çırpmağa cəhd edib.

Məlumata görə, mühafizəçilərin terrorçunu vaxtında zərərsizləşdirməsi partlayış qurbanlarının sayının çox olmasına imkan verməyib.

Hücumun “Ərəb yarımadasında Əl-Qaidə” qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar