Tramp Obamanın ekoloji planını ləğv etmək niyyətindədir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün sələfi Barak Obamanın ekoloji planını ləğv etmək barədə fərman imzalayacaq. Söhbət «Clean Power Plan»-dan gedir. Sənəd iqlim dəyişikliyi ilə mübarizəni və ətraf mühitə zərərli tullantıların azaldılmasını nəzərdə tutur.

ABŞ ətraf mühitin qorunması Agentliyinin başçısı Skott Pryuittin sözlərinə görə, fərmanın imzalanması «çərşənbə axşamı gözlənilir».

«Clean Power Plan» iqlimin dəyişməsi üzrə Paris sazişi çərçivəsində Vaşinqtonun öhdəliklərini özündə əks etdirir və həm də 2025-ci ilə qədər iqtisadiyyat standartlarının 54,5 mil/qalona (təxminən, 100 kilometr yürüşə 4,3 litr yanacaq) çatdırmağı nəzərdə tutur.

İlin əvvəlində isə məlum olub ki, Tramp ABŞ-ın Paris sazişindən çıxması barədə fərman imzalamaq niyyətindədir. Amma sonradan KİV-i xəbər verdilər ki, Prezidentin qızı İvanka atasını bu niyyətdən çəkindirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar