Kanada marixuananı leqallaşdırmaq üzrədir!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kanada hökuməti marixuananı leqallaşdırmaq niyyətindədir. Uyğun qanun artıq iki həftədən sonra qəbul oluna bilər.

«CBC» telekanalının məlumatına görə, hakim Liberal partiyasının çoxluq təşkil etdiyi parlamentdən asanlıqla keçə biləcək qanun layihəsi insanlara 18 yaşından sonra marixuanadan isttfadə etməyə icazə verir. Bununla yanaşı, bölgələrə öz mülahizələri əsasında yaş həddini qaldırmaq və yayım üsullarını müəyyən etmək hüququ verilir.

Federal hakimiyyətin üzərinə isə narkotik vasitənin göndərilməsi (daşınması) və onun reallaşdırılması üçün lisenziyanın (xüsusi icazənin) verilməsi üzrə məsuliyyət qoyulur.

Qeyd etmək lazımdır ki, marixuananın leqallaşdırılması məsələsi hazırkı Baş nazir Castin Tryudonun seçkiqabağı vədlərindən biri olub.

Məlumat üçün bildirək ki, Kanada Federal məhkəməsi bir il öncə ölkədə marixuanadan istifadə həkim tərəfindən təyin olunmuş insanlara ev şəraitində marixuana becərilməsinə hökumətin qoyduğu qadağanı ləğv edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar