Belarus səfirliyindən Cəmil Həsənliyə absurd etiraz

Belarusun Azərbaycandakı səfirliyi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin fikirlərinə etiraz edib.Səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Azərbaycandan Belarusa 1 faiz dərəcəsi ilə kredit verilməsi barədə bəyanatı həqiqətəuyğun deyil:"Hazırda Belarus hökumətinin Azərbaycan hökuməti qarşısında borc öhdəliyi yoxdur. Maliyyə-kredit sahəsində iki ölkənin təsərrüfat subyektləri arasında münasibətlər sırf bazar prinsipləri əsasında qurulur".

Xatırladaq ki, söhbət bir neçə il öncə baş verən hadisədən gedir. O zaman Rusiya hakimiyyəti tərəfindən dalana dirədilən Belarus prezidenti Lukaşenko bu dövlətə olan 300 milyon dollarlıq borcunu bir neçə günə ödəyə bilməyəcəyini görüb gecəylə İlham Əliyevə ağız açmış və müsbət cavab almışdı.

O zaman mətbuatda bu borcun hətta faizsiz, "dost payı" olaraq verildiyi bildirilirdi. Bunu həm Azərbaycan iqtidarı, həm də Belorus dövlətinin rəsmiləri də etiraf etmişdilər. Hətta Rusiyanın bu borc alıb-vermə əməliyyatından narazı qaldığı bildirilirdi.

İndi maraqlıdır: Belarus səfirliyi nəyi təkzib edir və ya etməyə çalışır? (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar