"MANDAT ALVERİ"NDƏ YENİ TƏFƏRRÜAT - Sevinc Babayeva ilə söhbət (VİDEO)

 Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq.TV”-nin redaksiyasına mandat alveri ilə bağlı yeni videoyazı təqdim edib. E. Abdullayevin ofsində qeydə alınan videolentdə, rektorla Türkiyədə qətlə yetirilən Sevinc Babayevanın danışıqları öz əksini tapır. Söhbətin əvvəlində E. Abdullayev qeyd edir ki, deputatlıq məsələsinə görə, onu Ramiz Mehdiyev yaxud Milli Məclisin spikeri Oqtay Əsədov qəbul etməlidir: “Sən qız uşağısan. Söhbət alınmasa sən ortalıqda qalmamalısan”.

Sevinc Babayeva – İndi gedib danışıram, Oqtay səni qəbul eləsin.

Daha sonra S. Babayeva otağı tərk etmək istəyir.

E. Abdullayev – Hara tələsirsən? Otur burda. Sabah gedib danışarsan.

S. Babayeva-Bu məsələ axşama həll olunmalıdır. Prezident axşama qədər vaxt qoyub.

E. Abdullayev- Prezident tapşırırsa Ramizə tapşırsın, Oqtaya niyə tapşırır ki?

S. Babayeva – Kimə tapşırır? Ramizə tapşırır da. Ramiz çağırıb sənin başçını. Alını. (Alı Qocayev o zaman Binəqədi rayonunun icra başçısı vəzifəsində işləyib) Alıya deyib ki, Elşad beş yüz mini bu gün catdırmalıdır. Kimə çatdırır - çatdırsın.

E. Abdullayev-Alı mənə dedi. Dedim iki dəfə artıq çatdırmışam. Dedi ki, heç nə çatmayıb.

S. Babayeva- O məsələni əvvəldən bilmir axı.

E. Abdullayev- Azərbaycanca söydü.

S. Babayeva- Kimi söydü?

E. Abdullayev – İşi görənləri.

S. Babayeva- Mənə nə var? Mən kiməm? Mənə deyirlər bunu elə eləyirəm. Gülər mənə deyir vəzifəyə gedirəm. İşim alınmasa sənin başına oyun acaram. Yaşatmağa qoymaram səni. Mənə deyir ki, nazir işim həll olunan momentdə pəl vurursan mənə.

E. Abdullayev- Mən belə şey görməmişəm. Ölkənin generalı pul götürür qaçır.

S. Babayeva – Sən düz danışmırsan bax. Sən mənə söz dedin. Getdim götürdüm qaytardım. Atmaq vaxtı getdi. Özüdə onlar bilir ki, mən Mehriban xanımı, Nərgiz xanımı tanıyıram. Durub onlara deyerəm ki, bunlar mənim başıma oyun acırlar. Atmaq söhbəti yoxdur. Prezident özü şəxsən deyib Elşad pulu gətirib qoysun stolun üstünə. Bu gecə çatmalıdır. Ölsə də çatmalıdır. İlham deyib. Bunların təqsiri yoxdur. İlham deyib 3 almışam. Bir yarımla bağlayaçam. Cünki keçən dəfədən qalıb.

E. Abdullayev- Bu işi Ramiz görürsə, Oqtaya niyə tapşırıblar? İnanmağım gəlmir.

Daha sonra tərəflər razılığa gəlir ki, E. Abdullayevi R. Mehdiyev qəbul edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar