Rusiya təyyarəsi ABŞ gəmisinə hücum edibmi? – Qara Dənizdəki insidentin təfərrüatı

ABŞ-ın “The American Thinker” həftəlik elektron jurnalı “Korrupsiya Rusiyada daimidirmi” adlı maraqlı məqalə dərc edib. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.

Keçmiş KQB agenti ilə Rusiya yenidən Sovet yalanlarının və ikiüzlülüyünün tutqun atmosferinə qərq olraq, özünün imperiya aqressiyasını Ukraynaya qarşı tuşlayır. Sovet dövründə olduğu kimi, yeni torpaqlar zəbt etmək tamahı irəlidə baş verə biləcək iqtisadi böhran şəraitində bütün dünya ilə münaqişəyə girişmək təhlükəsini də yaradır.

Bir ay bundan əvvəl bortunda 210 sıravı və 71 zabit olan Amerikan Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Kuk” esminesi Qara Dənizdəki beynəlxalq sularda Rusiyanın SU-24 bombardmançı təyyarəsi tərəfindən “hücuma” məruz qalmışdı. SU-24 bir neçə dəfə Amerikan gəmisinin üzərindən ucmaqla bərabər həmin gəmi ekipajının onunla əlaqə qurmaq cəhdlərinə də məhəl qoymamışdı. Bu epizodun özü hal-hazırda Ukraynaya qarşı siyasət aparan Vladimir Putinə aid edilə biləcək üç əsas məqama aydınlıq gətirir.

Birincisi: Bu düşünülməmış təxribat Putinin Qara Dəniz üzərində hökmranlıq qurması arzularının sübutudir. Krımı ilhaq etməklə, Putin Ukraynanı bir neçə kvadrat millik ərazidən məhrum etmiş oldu. Geolog mütəxəssislərin fikrinə görə, həmin yarımadada neft və qaz çıxarmaq mümkün idi. Qara Dənizin qonşu sahələrinə isə 2008-ci il Rusiyanın təcavüzünə məruz qalmış Gürcüstan iddialıdır.

İkincisi: Bu insident Putinin ABŞ və NATO ilə böyük masştablı hərbi konfliktə girmək riskindən qorxmadığını göstərməklə yanaşı, onun postsovet məkanında ərazi zəbt etmək ambisiyalarını qabarıq formada ortaya qoyur.

Üçüncüsu: Rusiya mətbuatının bu hadisə haqqındakı məlumatı təhrif olunmuş formada təqdim etməsi, Rusiya əhalisinin Sovet vaxtındakı kimi izolyasiyada saxlandığını xatırladır.

Qara Dənizdə SU-24-ün hərəkərlərinə ABŞ Hərbi Dəniz Qüvvələri gülüb keçiblər və şərhçilərdən biri isə bunu istehza ilə “təsəvvürə gətirilə bilinməyəcək ən ziyansız üçüş” adlandırıb. ”Donald Kuk” hətta döyüş hazırlığına belə keçməyib. Ancaq buna baxmayaraq, Rusiya mətbuatı bu insidenti tamamilə deformasiya olunmuş şəkildə təqdim edib. Onlar məlumat veriblər ki, SU-24 təyyarəsi çox gizli Rusiya texnologiyasının köməyi ilə həmin esminesin radiolakasiya sistemini sıradan çıxarıb və amerikanlar da məcbur qalaraq gəldikləri limana qayıdıblar. Ruslar həmçinin belə bir məlumat da yayıblar ki, güya esminesin bütün ekipajı qorxudan istefa haqqında raport yazıb.

Daha bir təəccüblü nümunə hakimiyyətə məxsus Rusiya telekanalında Qafqaz regionunda baş vermış kadrların Ukraynada zorakılıq aktı adı ilə efirə buraxılmasıdır. Hakimiyyətin bu cür yalanları rus vətədaşlarını çaşdırır. Rusiya tərəfindən separatçıların Ukraynadakı fəaliyyətlərinin “vətəndaş müharibəsi” adı altında təqdim olunması artıq adət halını alıb. Əsas məqsəd isə Rusiyanın Ukraynaya müdaxilə etməsinə haqq qazandırmqdan ibarətdir. Ancaq Qafqazdakı bu cür fəaliyyətlərə “quldur”, ”cinayətkar” damğası vurulmaqla yanaşı oradakı hər hansı bir xarici təsiri də qəzəblə qarşılayırlar.

Əlbəttə, burada söhbət SSRİ-nin xarakterik cizgilərinı daşıyan yalançı Rusiya jurnalistikasından gedir. Kreml televiziya və yazılı mətbuat da daxil olmaqla, bütün informasiya vasitələrini tam nəzarət altında saxlayır. İnternet isə Putin tərəfdarlarının hücumuna məruz qalır.

Özünün Sovet sələfləri kimi, Putin bütün dünyanı ittiham edir və eyni zamanda da dünya liderləri ilə rəqabət aparmağa cəhd göstərir. Transparancy İnternational təşkilatının məlumatına əsasən korrupsiyalaşmış cəmiyyətin səviyyəsinə görə dünyada Rusiyanı yalnız 42 ölkə qabaqlayır. Mənəvi və hüquqi inkişaf pilləsində Rusiya Pakistan, Nikaraqua, Qambiya və Livanla eyni cərgədə dayanır. Korrupsiyasız şəffaflığın 100 ballıq şkalasında ABŞ 73 balla 19-cu yeri tutur. Birinci yerdə isə 91 balla Danimarka və Yeni Zelandiya gedir. Rusiyanın balı 28-dir.

İctimai fikri öyrənən Rusiyanın nüfuzlu “Levada” mərkəzi vətəndaşlar arasında onların korrupsiya haqqında nə düşündükləri barəsində sorğu keçirib. Respondetlərin 64%-i 14 illik Putin hakimiyyəti dönəmində heç bir dəyişikliyin olmadığını, 11%-i isə bu müddət ərzində korrupsiyanın artdığını bildiriblər. Sorğuda iştirak edənlərin 78% hesab edir ki, ölkədəki korrupsiyanın çiçəklənməsinə Putin cavabdehlik daşıyır. Rəyi soruşulanların 27%-i korrupsiyaya qarşı mübarizədə müvəffəqiyət qazanıla bilinəcəyinə ümid bəsləyir.

Putin özünün seçki kampaniyası zamanı dəfələrlə korrupsiya problemini həll edəcəyinə dair açıq çəkildə söz verib. Rusiyalılar korrupsiya probleminə dərin fatalik bir hisslə yanaşırlar. Onlar korrupsiyanı günəşin çıxışı və batışı kimi təbii həyatın ayrılmaz bir hissəsi hesab edirlər və belə düşünürlər ki, Putin öz gücü daxilində korrupsiyaya qalib gəlmək istəyir və kimsə bundan artıq nəsə edə də bilməz. Rusiyalılar əmindirlər ki, korrupsiya onların taleyi və alın yazısıdır. Başqa sözlə, onlar belə düşünürlər ki, Rusiya yalan və korrupsiya içində batmağa məhkumdur. Keçən həftə “Reuters” agentliyinin yaydığı reportaja görə, Putinə şəxsi saray tikilməsindən ötrü xəstəxanalar dövlət maliyyəsindən xeyli dərəcədə məhrum olublar. Ümumiyyətlə, onu demək mümkündür ki, Putin Rusiyada korrupsiyaya nəinki qalib gəldi, əksinə, O, daha məhvedici bir hərəkət edərək Sovet zamanındakı kimi milli ruhu da sındırdı. O, rusları əmin etdi ki, onun özü də daxil olmaqla, heç kim vəziyyəti dəyişə bilməyəcək. Yəni, Pakistan səviyyəsi ilə razılaşmaya məcburdurlar. Nəticədə isə onları Böyük səkkizlik, Avropa Şurası Parlament Assambleyası kimi sivil dünyadan qovanda, sadəcə çıyinlərini çəkirlər. Belə olan halda dünya ticarət axınında Rusiya istehsalı olan istehlak malları tapmaq hədsiz çətinləşır. Ruslar sadəcə olaraq, başqa ölkələrin malları ilə rəqabət apara biləcək məhsul istehsal edəcəklərinə inanmırlar. Əslində heç buna cəhd də göstərmirlər.

Rusların Putinin korrupsiyanın öhdəsindən gəlmək üçün hər şeyi etdiyini düşünmələrinə heç bir əsas yoxdur. Əgər Siz onlardan soruşsanız ki, 2013-cü ildə korrupsiya ilə mübarizədə Putin hansı tədbirləri həyata keçirib, onda kimsə buna cavab verə bilməyəcək. Putin bu mövzu ilə əlaqədar heç bir debatda iştirak etməyib və jurnalistlərin onu narahat edə bilən hər hansı suallarına cavab da verməyib. Rusiyalıların əksəriyyəti məlumatları televiziya xəbərlərindən alırlar ki, orada da Putinin fəaliyyəti haqqında bir kəlmə belə tənqidi fikir söylənilmir. Boşluğu doldurmağa çalışan Aleksey Navalnıy kimi aktivistlər isə korrupsiya ittihamı ilə qarşılaşırlar.

Putinin asan şəkildə Krımı ələ keçirməsi və ona qədər də Cənubi Osetiya ilə Abxaziyanı işğal etməsi NATO və ABŞ-ın nə qədər zəif və iradəsiz olduğunu nümayiş etdirir. Doğrudanmı, Qərb yenidən sakit şəkildə növbəti Avropa diktatorunun öz zəif qonşularını əzməsini və dünya masştablı konfliktə baş vurmasını müşahidə etmək istəyir?

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar