Tramp yenə KİV-ə hücuma keçdi! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp yenidən kütləvi informasiya vasitələrini (KİV) tənqid atəşinə tutub.

Prezident, KİV-i tənqid edən yeni «tvit» yazıb. Tənqid atəşinə tutulan KİV-in sırasında «ənənəvi» olaraq, «New York Times» qəzeti də yer alıb.

Prezidentin sözlərinə görə, bəzi medi qurumları onun administrasiyasının fəaliyyətini «qərəzli və qeyri-dəqiq» işıqlandırır və bununla da ictimaiyyət arasında hadisələrin yalan mənzərəsini yaradırlar.

«Əgər, bizim böyük ölkəmizin vətəndaşları bilsəydilər ki, müəyyən KİV-lər mənim administrasiyam barədə nə qədər «qərəzli və qeyri-dəqiq» xəbərlər yayıralar…» - deyə, Tramp «Tvitter»-də yazır.

Növbəti «tvitt»də Prezident nümunə üçün «New York Times» qəzetinə barmaq tuşlayır və bildirir ki, bu nəşr hələ seçkiqabağı kampaniyanın gedişi zamanı həqiqətə uyğun olmayan tnformasiya yaydığına görə, ondan üzr istəməli olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar