“Donald Trampla görüşməyə hazıram” - Putin

tramp-putinRusiya Prezidenti Vladimir Putin Finlandiyada keçiriləcək Arktika sammitində ABŞ Prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti bunu Arxangelsk şəhərində keçirilən Arktika forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

O hesab edir ki, Helsinki görüş üçün uyğun yerdi: “Fikrimcə, Finlandiya uyğun dövlət, Helsinki isə belə tədbirlərin təşkili üçün uyğun yerdir. Ancaq buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Firkimcə, bu baş tutmazsa “iyirimiliyin” yığıncağında (bu ilin iyulunda Almaniyada keçiriləcək- “Report”) adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”.

Qeyd edək ki, Arktika sammiti bu ilin mayında Finlandiyada keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar