SOCAR: Fırtına ilə bağlı dənizdə əməyin mühafizəsi gücləndirilir

socar-sokar31 mart - 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, “Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib. Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar