TRAMPA MÜHARİBƏ XƏBƏRDARLIĞI - “Ticarət müharibələri başqa forma ala bilərmi?”

Avropanın ən təcrübəli siyasətçilərindən biri və Avropa Komissiyasının sədri 62 yaşlı Jan Klod Yunker ABŞ prezidenti Donald Trampa inanılmaz xəbərdarlıq edib: ”Əgər siz Britaniyanın “Brexit” qərarını dəstəklədiyiniz kimi, digər ölkələri də cəsarətləndirərsinizsə, onda bu, Avropa Birliyinin dağılması və ümumi yekunda isə Balkanlarda müharibəyə gətirib çıxarar”.

Yunkerin sərt çıxışı bununla da bitməyib. İyirmi beş il bundan əvvəl Yuqoslaviyanın parçalandığı, boşnakların, xorvatların, serblərin bir-birlərinə qarşı döyüşdükləri və nəticədə minlərlə insanın həlak olduğu Balkan müharibəsini xatırladan Yunker, bu xalqların yenidən bir-birləriylə döyüşməməsi üçün “AB-nin verdiyi sabitliyin qorunmasının” şərt olduğunu bildirib.

Tramp uzun müddətdir ki, ABŞ hakimiyyət başına gələn və “Mənin prioritetim - ABŞ-dır, məni Avropada baş verənlər maraqlandırmır” deyən yeganə liderdir. Yunker qeyd edib: “Mən qoxuram.. və həm də çox!”

Həqiqətən də AB və ABŞ münasibətlərindəki iqtisadi tarix kifayət qədər mürəkkəbdir. Güman edirəm ki, artıq hamı Trampın “Amerikanı yenidən böyük etmək” ambisiyası və bu məqsədlə Yer kürəsində hamını yerbəyer etmək niyyəti ilə yaxından tanışdır.

Dünyanın ən yaxşı texnologiyasını əlçatan qiymətlərlə satan və xarici ticarətində illik 250 milyard avroluq profisitə malik olan Almaniya, özünü yenidən Trampa təqdim etmək məcburiyyətində qalır.

İkinci Dünya Müharibəsindən sonrakı dağıntıların ardından möcüzə göstərərək öz təhsil sistemini, staj keçmə proqramını və tədris planını sənaye ehtiyaclarına müvafiq şəkildə quran Almaniya, indi ”Nə üçün ticarət profistin var? Nəyə görə səninlə apardığım ticarətdə mənim daima ticarət açığım yaranır?” söyləyəyərək, ona barmaq silkələyən ABŞ-ın yeni prezidentinə izah verir.

donald-tramp-1

Necədə verməsin? Çünki Dünya Ticarət Təşkilatı başda olmaqla, bir çox böyük təşkilatlar və beynəlxalq maliyyə sisteminin mühüm oyunçuları ABŞ-ın nəzarəti altındadır. Əgər sən sistemə müvafiq hərəkət etməsən, onda ciddi cəzalana bilərsən!

Bu mənzərəyə Çini, Almaniyanı və hətta Hindistanı daxil edəriksə, onda Trampın hakimiyyətə gəlişindən sonrakı hadisələri “ticarət müharibələri” adlandırmaq olar. Mən də bu termindən bir neçə dəfə istifadə etmişəm. Lakin Yunkerin sözləri bizə xatırladır ki, bu məsələ heç də məsum olmayacaq. Öncəki yazılarda belə bir sual vermişdim: ”İqtisadiyyatdakı vəziyyət mürəkkəbləşəndə və böyük oyunçular qaydaları dəyişdirmək istəyəndə, tarixi nümunələrdə hansı hadisələr baş verirdi?”. Bununla əlaqədar Yunkerin “Balkanlarda müharibə baş verə bilər” xəbərdarlığı heç də gözlənilməz deyil. Hətta bir addım irəliyə də getmək olar.

Neft qiymətlərində ABŞ və Qərbin həyata keçirdiyi siyasət və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, sərbəst ticarət anlaşmaları yerinə ikitərəfli ticarətin təklif olunması və hətta “noutbukların aparılması qadağası” - bütün bunların hamısı ticarət müharibələrinin artıq açıq şəkildə praktikada baş verdiyini göstərir.

Doğurdanmı, hələlik formal olaraq yalnız iqtisadi çərçivədə gedən bu proses Yunkerin söylədiyi kimi real müharibəyə dönə bilər?

Bilmirəm. Ancaq bundan bərk qorxuram. Bəlkə bu andan sonra özümüz haqqında narahat olmaya bilərik, lakin övladlarımız naminə ”iqtisadi mənfəət” üzərindən başladılan bu prosesin axırının gözyaşları ilə bitəcəyi məni dərindən yaralayır.

(“Haber Türk”. müəllif- Cüneyt Başaran)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar