Ərdoğanın proqramında dəyişiklik - Səsində problem var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın proqramında dəyişiklik olub.

Trend-in məlumatına görə, dövlət başçısı Mardində iştirak edəcəyi açılış mərasimindən sonra bir müddət istirahət edəcək. Bununla əlaqədar Prezidentin cumə günü planlaşdırılan Ərzurum səfəri başqa vaxta keçirilib.

Prezident Administrasiyasındakı mənbə "Habertürk TV"-yə R.T.Ərdoğanın səsində yaşanan problemdən dolayı səfər proqramında dəyişiklik edildiyini bildirib.

Bundan başqa, dövlət başçısının Baş nazir Binəli Yıldırımla Van və Diyarbəkirə birgə səfərinin də vaxtı dəyişdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar