Şəhərə girən nəhəng kobraya butulkada su verdilər...

El arasında söylənən “Su içən adama ilan toxunmaz” məsəli bu dəfə əksinə oldu: su içən ilana insanlar toxunmadılar.

Moderator.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Hindistanın Cənubunda hökm sürən quraqlıqlar səbəbindən uzun müddət susuz qalan nəhəng bir kobra ilanı şəhərin qələbəliyinə daxil olub.

Heyvan Xilasetmə Cəmiyyətinin üzvü olan bir nəfər əlindəki butulkadan nəhəng yırtıcıya su uzadıb. Uzunluğu 3,7 metrə çatan ilan ətrafına toplaşan insanlara məhəl qoymadan ona uzadılan suyu içib.

Görəvlilər hər ehtimala qarşı suyu içib qurtaran ilanı tutaraq kisəyə yerləşdiriblər.

Tək bir çalmasıyla nəhəng Asiya filini 3 saata öldürə bilən Kral Kobra ilanı Hindistanda ildə ən azı 5 nəfəri öldürür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar