Partiya lideri insanları etiraza çağırdı - Ermənistanda yenə aksiyalar olacaq

Ermənistanda “Əriklər Ölkəsi” Partiyası ölkə və dünya ermənilərini aprelin 2-də keçiriləcək parlament seçkilərinə qarşı dinc aksiyalara çağırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

“Seçkilərin saxtalaşdırılacağını indidən müəyən etmək olar. Bu siyasi kampaniya klan hakimiyyətinin qalmasına xidmət edəcək. Diaspor nümayəndələrinin də səs verməsinə şərait yaratmaq lazım idi. Ancaq hakimiyyət kreslosunu itirəcəyi təhlükəsindən bunu etmir” – bəyanatda deyilir.

“Əriklər Ölkəsi” Partiyası seçiciləri hakim Respublikaçılar Partiyasına və hakimiyyətdə əvvəllər təmsil olunanlara səs verməməyə çağırıb. Həmçinin partiya aprelin 3-də etiraz aksiyası keçirməyi təklif edib.

Qeyd edək ki, bu siyasi təşkilat qərbyönlü “İrs” Partiyasının bazasında yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar