Şirkət rəhbərinin ölümü ilə bağlı açıqlama - Sərxoş sürücü vurub

Xəbər verdiyimiz kimi, martın 26-da Yasamal rayonu ərazisindəki Moskva prospektində Bakı şəhər sakini Nadir Fərəcov idarə etdiyi "Cherry" markalı avtomobillə yolu keçən paytaxt sakini Razi Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bədbəxt hadisədə ölən şəxs Akademi Group şirkətinin rəhbəri Razi Vəliyev olub. Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb, gənclərin xaricdə təhsil almalarına yön vermiş şəxs olub. Eyni zamanda, təhsil ekperti kimi mütəmadi olaraq, mediada çıxışlar edib.

34 yaşında dünyasını dəyişən mərhum ailəli idi, 2 övladı var.

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Akademi Group Təhsil Mərkəzi olayla bağölı yeni açıqlama verib. Şirkətdən Modern.az-a bildirilib:

“Akademi Group-un təsisçisi və layihələr üzrə rəhbəri Razi Vəliyevin ölümü ilə nəticələnmiş

qəza saat gecə saatlarında 20 Yanvar dairəsinə yaxın ərazidə baş verib. Razi Vəliyev bəzi saytların yazdığı kimi, yolu keçərkən deyil, yolun kənarında taksi sürücüsü ilə danışarkən yüksək sürətlə gələn “Cherry” markalı avtomobilin onu vurması nəticəsində dünyasını dəyişib.

Hadisəni törətmiş şəxs hadisə yerindən qaçıb, amma iki saat sonra hüquq-mühafizə orqanları onu şübhəli şəxs kimi saxlayıblar. Razi Vəliyev evlidir. Onun iki azyaşlı övladı var.

Akademi Group Təhsil Mərkəzi olaraq bildirmək istəyirik ki, şirkətimizin layihələri və faəliyyəti olduğu kimi davam edəcək. Planlaşdırılan sərgilər və digər tədbirləin qrafikində heç bir dəyişiklik yoxdur.

Bundan sonra daha əzmlə çalışaraq Razi Vəliyevin işlərinə, fəaliyyətinə və ruhuna layiq olmağa çalışacağıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar