Salyanda qadın sirkə turşusundan zəhərlənib

Salyanda sirkə turşusundan zəhərlənmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhər 20 yanvar küçəsi, ev 28-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 35 yaşlı İlhamə Mehdi qızı Həsənova bilmədən evdə içdiyi sirkə turşusundan zəhərlənib. Qadın dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar