Yük maşını bir ailənin olduğu “VAZ”ı vurdu - Ata öldü...

"Kamaz” üstümüzə çıxıb, yolun qırağına atdı”

Sumqayıt şəhəri ərazisində ağır tonnajlı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

ARB TV xəbər verir ki, ölümlə nəticələnən ağır qəza Bakı-Quba yolunun 63-cü km-də qeydə alınıb.

Hadisə "Man” markalı ağır tonnajlı yük avtomobili və "VAZ 2106” markalı minik avtomobilinin iştirakı ilə baş verib.

Nəticədə VAZ-ın sürücüsü, 59 yaşlı Tərlan Dadaşov dünyasını dəyişib, həyat yoldaşı və oğlu isə ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Şahin Dadaşov (yaralı): "Biz sağ tərəfdə öz yolumuzla gedirdik. "Kamaz" sağ tərəfdən gəlib, bizim üstümüzə çıxıb, yolun qırağına atdı".

Məlumata görə, Quba istiqamətinə gedən yük maşını ötmə əməliyyatını düzgün yerinə yetirməyib, nəticədə onunla eyni istiqamətdə hərəkət edən minik avtomobilinə çırpılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar