Pentaqon kosmosda müharibəyə hazırlaşır!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon kosmosda müharibəyə hazırlıq görmək niyyətindədir. Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin Strateji komandanlığı bəyan edib ki, ölkə kosmosda hərbi əməliyyatlar aparmaq imkanlarına malik olduğunu açıq şəkildə nümayiş etdirməlidir.

İdarə başçısının müavini, vitse-admiral Çarlz Riçard qeyd edib ki, belə strategiya yerətrafı məkanda münaqişələrin yayılmasının qarşısını almalıdır.

«Mən, hesab edirəm ki, müharibənin qarşısını almağın ən yaxşı üsulu ona hazırlaşmadır. Biz, hamıya anlatmalıyıq ki, hər yerdə, o cümlədən, kosmosda qələbə çalana qədər müharibə aparmağa hazırıq» - deyə, «Space.com» nəşri ondan sitat gətirir.

Riçard qeyd edib ki, bu gün ABŞ-ın kosmosdakı rəqibləri Rusiya və Çindir, ancaq formal olaraq, onların arasında müharibə yoxdur.

Vitse-admiral onu da xatırladıb ki, son 15-20 ildə dünya gücləri arasında qarşıdurma gündəlikdə daha kəskin şəkildə durur və bu qarşıdurma kosmosa da sirayət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar