Britaniya «Brexit»in bədəlini ödəməyə hazırdır! - Tereza Mey

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, ölkəsi «Brexit»in qarşılığında Avropa İttifaqına (Aİ) «çıxmaq haqqı» ödəməli olacaq.

«Əlbəttə biz, Aİ qarşısında hüquq və vəzifələrimizi diqqətlə öyrənəcəyik» - deyə, Mey «BBC One» telekanalının efirindən bəyan edib. Bununla yanışı, Baş nazir dəqiq məbləği səsləndirməkdən çəkinib.

Ötən həftə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib ki, Britaniya, Avropa İttifaqını tərk edənə qədər bu ittifaqa təxminən, 50 milyard funt-sterlinq vəsait ödəməlidir. Bu məbləğə, maliyyələşdirmək üçün Londonun razılıq vermiş olduğu layihələrin qiyməti daxil olacaq.

Bununla yanaşı, Britaniya hökuməti Avropa İttifaqından çıxdıqdan sonra bu qurumla prioritet ticarət barədə razılıq əldə etməyə ümidlidir («Daily Telegraph»).

Tereza Mey qeyd edib ki, «Brexit»dən sonra London Avropa İttifaqı ilə «başqa xarakterli münasibətlərə» nail olmağı planlayır. Bu, «ticarət sferasında bəzi yumşalmaları» nəzərdə tutur. O, qeyd edib ki, gələcəkdə tərəflər arasında ticarət sahəsində «mümkün qədər az maneə və tarif məhdudiyyəti» görmək istərdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar