“Rusiyanın təcavüzünə qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəyik” - Tillerson

 “Nəhayət, biz NATO-nun Avropa, xüsusilə onun şərqində Rusiyanın Ukraynaya və başqa yerlərə təcavüzü ilə bağlı mövqeyini müzakirə etmək istəyirik”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısından əvvəl jurnailstlər qarşısında çıxışı zamanı bildirib.

O, “Rusiyanın təcavüzünə” qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəklərini söyləyib.

Reks Tillerson martın 31-də NATO-ya üzv dövlətlərin XİN başçılarının Brüsseldə keçiriləcək toplantısında iştirakdan məmnun olduğunun söyləyib.

Bu yığıncağın aprelin 5-6-da keçirilməsi planlaşdırılsa da, lakin Reks Tillersonun iştirakı üçün toplantı martın 31-ə təyin edilib.

Dövlət katibi terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə, Yaxın Şərqdə sabitliyin yaranmasında NATO-nun iştirakının vacibliyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar