Hindistanda inək öldürənlərə ömürlük həbs cəzası veriləcək

Hindistanın qərbində yerləşən Qucarat ştatında inəklərin öldürülməsinə görə ömürlük həbs cəzası veriləcək.

Trend-in məlumatına görə, bu barədə qanun layihəsini ştat məclisi təsdiq edib.

Bundan əvvəl, inəklərin öldürülməsinə görə yeddi illik həbs cəzası verilirdi.

Bundan başqa, inəklərin daşınması ilə bağlı da cəzalar artırılıb. Belə ki, iri buynuzlu mal-qaranın daşındığı avtomobil ömürlük müsadirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar