Bakıda külək binanın damını uçurdu - 10 maşına ziyan dəydi (VİDEO)

Bakıda beşmərtəbəli binanın dam örtüyü uçub.

"Report”un məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Qalib Süleymanov küçəsi 38 ünvanında qeydə alınıb.

Belə ki, güclü külək binanın dam örtüyünü uçuraraq yerə salıb.

Dəmir konstruksiyadan ibarət olan dam örtüyünün altında binanın sakinlərinə məxsus 10-a yaxın maşın qalaraq yararsız vəziyyətə düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar