“AB-dən çox ABŞ-la maraqlarımız uyğundur” - Britaniya

fellonLondonun müdafiə sferasında rolu Avropa Birliyinin sərhədlərindən də kənara çıxır.

Axar.az xəbər verir ki, bunu özünün amerikalı həmkarı Ceyms Mettislə görüşü zamanı Böyük Britaniya Müdafiə naziri Maykl Fellon söyləyib. O, müdafiə sahəsində Britaniyanın maraqlarının Avropadan çox Amerika ilə bağlı olduğunu bildirib:

“Biz AB-dən çıxdıqdan sonra ikitərəfli münasibətlərimiz əvvəlkindən daha yaxşı inkişaf edəcək. Biz F-35 təyyarələri ilə bağlı birgə proqramımıza daha çox investisiya yatıracağıq. Biz AB-dən çıxandan sonra NATO üçün ayrılan xərclərin 80%-i Avropadan olmayacaq. Üstəlik, Rusiya aqressiyasından qorunmaq üçün Şərqi Avropaya hərbi kontingent göndərən əsas dörd ölkədən üçü də AB üzvü olmayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar