Ölənlərin sayı 24 nəfərə çatıb - Pakistanda partlayış

Pakistanın Paraçinar şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Agency France Presse" hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə ilə bağlı son məlumatda ölənlərin sayının 22 nəfər olduğu bildirilirdi. Partlayış zamanı həmçinin təxminən 100 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə bu gün səhər, ölkənin şimal-qərbindəki bazarda baş verib. Hələlik partlayışın dəqiq səbəbi məlum olmasa da, yerli siyasətçilər güman edir ki, söhbət terror aktından gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar