Almaniya Trampın tələbindən imtina etdi

Müdafiə xərclərinin ümumdaxili məhsulun 2%-nə qədər artırılması Almaniya üçün real deyil.

Axar.az xəbər verir ki, bunu NATO ölkələri xarici işlər nazirlərinin Brüssel görüşündə çıxışı zamanı Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel söyləyib.

“Biz müdafiə üçün çox iş görmək istəyirik. Ümumdaxili məhsulun 2%-i Almaniyanın müdafiəyə 70 milyard avro ayırması deməkdir. Mən Almaniyada bizim ölkənin bu məbləğdə müdafiə xərcləmələri etməsini düşünən bir siyasətçi belə tanımıram”, – deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar