“Tillersonun açıqlamaları təəccüb doğurur” - Rusiya XİN

rusiya xinABŞ dövlət katibi Reks Tillersonun Rusiyanın təcavüzü ilə bağlı açıqlamaları təəccüb doğurur.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

Bundan əvvəl R.Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiyanın aqressiyasına cavab strategiyasının müzakirə ediləcəyini bəyan edib.

“Təəssüflə qeyd edirik ki, bu fikirlər Rusiya-NATO Şurasının iclasından bir gün sonra verilir. Hansında ki, NATO-nun baş katibi Yens Stoltenberq görüşün açıq və konstruktiv şəkildə keçdiyini, geniş məsələlər ətrafında məzmunlu müzakirələrin aparıldığını bəyan etmişdi”, məlumatda qeyd olunub.

Xatırladaq ki, Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar