Öz ərazimizdə casusluğa dözməyəcəyik! - XİN başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Ziqmar Qabriyel bəyan edib ki, Almaniya öz ərazisində xarici xüsusi xidmətlərin fəaliyyətinə dözməyəcək.

Alman nazir ölkəsində Fətulla Gülən tərəfdarlarının Türkiyə xüsusi xidmətləri tərəfindən izlənməsi barədə yayılan xəbərləri belə şərh edib. Məlumdur ki, Ankara 15 iyul dövlət çevrilişinə cəhdin təşkilatçısı qismində məhz Güləni ittiham edir.

«Biz, öz ərazimizdə buna (casusluğa - red.) dözməyəcəyik» - deyə, Qabriyel bəyan edib. Onun sözlərinə görə, Almaniya tərəfi izləmə barədə informasiyanı «öyrənəcək».

Xatırladaq ki, bundan əvvəl yayılan xəbərlərə görə, guya Türkiyə kəşfiyyatı Almaniya ərazisində yaşayan və Gülənlə əlaqəli olduğu ehtimal edilən vətəndaşlarının siyahısını hazırlayıb. Siyahı, ünvanları, şəhər və mobil telefonların nömrələrini və hətta fotoşəkilləri özündə əks etdirir. Siyahıda 300-ə yaxın ad var.

Almaniyada bu fikirə üstünlük verirlər ki, həmin məlumatlar xüsusi xidiətlər tərəfindən, qeyri-qanuni yollarla toplanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar