6 yaşlı uşaq yanaraq ölüb - Sumayıtda
Baxiş sayı:
Dərc olunub:
31/03/2017 - 23:23
Sumqayıt şəhərində 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.