«NATO qüvvələrinin yerləşdirilməsi Estoniyanın təhlükəsizliyinə zəmanət verir» - Prezident

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniyanın Prezidenti Kersti Kalyulayd bəyan edib ki, NATO qüvvələrinin yerləşdirilməsi Estoniyanın təhlükəsizliyinə zəmanət verir.

Bu barədə Prezident «Exo Moskvı» radiosuna verdiyi müsahibədə söhbət açıb.

«Mən, yalnız NATO-nun Baş katibi Yens Stoltenberqin sözələrini təkrarlaya bilərəm ki, NATO-nun çəkindirici potensialı təhlükəsizliklə bağlı duruma proporsionaldır. Bu, təkcə şərq istiqamətinə yox, həm də bütün tərəflərə şamildir» - deyə, Prezident əlavə edib.

Bununla bərabər, K.Kalyulayd qeyd edib ki, «NATO - müdafiə təşkilatıdır. Bu prinsipə sadiq qalmaq lazımdır. "Batalyonun yerləşdirilməsi - çəkindirici qüvvədir və bu məlumatı möhkəmləndirməyə xidmət göstərir ki, NATO hər zaman bütün müttəfiqləri qoruyur».

Estoniya Prezidenti onu da əlavə edib ki, hər bir ölkə öz ərazisində hər-hansı silahlı qüvvəni yerləşdirmək hüququna malikdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar