Moldovada NATO-nun ofisi açılacaq! - Stoltenberq təsdiqlədi

yens-stoltenberq«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq rəsmi olaraq təsdiqləyib ki, yaxın vaxtlarda alyansın Moldovada mənzil-qərargahı açılacaq.

Stoltenberq bu barədə bəyanatı Brüsseldə Moldovanın Baş naziri Pavel Filiplə keçirdiyi görüşdən sonra səsləndirib. Onun sözlərinə görə, burada söhbət kiçik diplomatik missiyadan və yalnız mülki personaldan gedir.

«Moldova hökumətinin sorğusuna uyğun olaraq biz, tezliklə Kişinyovda NATO-nun rabitə ofisini açacağıq» - deyə, Baş katib anonslayıb.

Stoltenberqin sözlərinə görə, NATO nümayəndəliyinin Moldovadakı missiyasına bu ölkədə islahatların aparılması tapşırıqlarının dəstəklənməsi vəzifələri daxil olacaq.

Ofisin açılacağını artıq Moldova tərəfi də alqışlayıb. Baş nazir Pavel Filip bəyan edib ki, ölkəsində alyansın nümayəndəliyi artıq 2017-ci ilin yayında fəaliyyətə başlamalıdır.

Xatırladaq ki, hələ cari ilin yanvarında Moldovanın Prezidenti İqor Dodon Kişinyovda NATO ofisinin açılması barədə alyansla bağlanmış sazişi ləğv etmək niyyətində olduğunu bəyan etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar