Bakıda "Mercedes" körpüdən aşıb - Ölən və yaralananlar var

Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb.

Belə ki, "Mercedes" körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Qəza zamanı ölənlərin və xəsarət alanların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar