İsrail polisindən növbəti vəhşilik - 17 yaşlı fələstinlini güllələyib

Qüds şəhərində üç nəfərə hücum edən 17 yaşlı fələstinli güllələnib.“Report” “Haaretz” nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs əvvəlcə küçədə iki dinc sakinə hücum edib.

Bundan sonra gənc oğlan polisdən qaçmağa çalışıb, lakin gizlənə bilmədiyini gördükdə isə bir polis zabitinə bıçaqla xəsarət yetirib. Nəticədə polisin həmkarı onu güllələyib.

Yaralı polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 18 və 23 yaşlarında olan daha iki dinc sakin isə yüngül xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar