"Türkiyə möhtəşəm ölkədir"- Abadi

Türkiyə-İran gərginliyi olarsa, biz bitərəf qalacağıq. Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.

“Türkiyənin bölgədə önəmli rolu var və möhtəşəm ölkədir. İranın da nüfuzu var. Əgər bu iki ölkə arasında münaqişə olarsa, bu, İraqa sözsüz ki, təsir edəcək. İraq bu cəbhələşmənin önündə olacaq. Lakin İranla Türkiyənin regional savaşına daxil olmamalıyıq. İstənilən münaqişədə İraq tərəfsizliyini qorumalıdır”, - Abadi bildirib.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Bəhreynə səfəri zamanı regionun fars millətçiliyindən qorunmasının vacibliyini bildirmişdi.

Türk liderin bu açıqlaması İranın müəyyən siyasi dairələri tərəfindən birmənalı qarşılanmamışdı

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar