«Bizlərdən birinə olan təhlükə, hamımız üçün təhlükədir» - Tillerson

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson şənbə günü bəyan edib ki, ölkəsi NATO prinsiplərinə sadiq olaraq qalır. Bu barədə «Politiko» yazıb.

«Birləşmiş Ştatlar əmin olmaq istəyir ki, NATO bizim ümumi müdafiəmizi təmin etmək iqtidarındadır. Biz anlayırıq - bizlərdən birinə olan təhlükə, hamımız üçün təhlükədir və biz, buna müvafiq cavab verəcəyik» - deyə, Tillerson bəyan edib.

Bir müddət səfəri sual altında olmasına baxmayaraq, Tillerson NATO üzvü ölkələri xarici işlər nazirlərinin görüşünə gəldi. Onun Brüsselə səfəri Çin Xalq Respublikasının (ÇXR) lideri Si Tszinpinin ABŞ-a səfəri ilə üst-üstə düşdüyündən, Tillerson bu səfərdən imtina etməyə hazır idi. Nəticədə, 27 ölkənin nümayəndələri tədbirin tarixini dəyişmək zorunda qaldılar ki, ABŞ dövlət katibi görüşdə iştirak edə bilsin.

«Politiko»-nun qeyd etdiyi kimi, alyansda bir çoxları ABŞ Dövdət Departameninin belə mövqeyindən narahatlıq keçirsə də, Tillersonun Brüsseldəki çıxışı isti qarşılandı. Onun qeyri-rəsmi şəraitdə, lanç zamanı Rusiya barədə söylədikləri isə alqışlarla səbəb oldu.

Həmkarlarından birinin Rusiya və ABŞ münasibətləri barədə səsləndirdiyi «tanqo üçün iki nəfər lazımdır» atmacasına isə Tillerson belə cavab verib: «Əlbəttə, Siz, Rusiya ilə rəqs edə bilərsiniz, hətta bunun sayəsində nəyi isə uda bilərsiniz. Amma aydındır ki, Siz, Sergey Lavrovla rəqs edə bilməzsiniz, çünki ona rəqs etməyə icazə verilməyib». Bu sözlər sürəkli alqışlara səbəb olub.

Bununla, Tillerson demək istəyib ki, Rusiyada bütün qərarları yalnız bir nəfər qəbul edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar