Trampın «Ferrari»sini 270 minə satdılar! - FOTO

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın əvvəllər sürdüyü Ferrari F-430 avtomobili ABŞ-da keçirilmiş hərracda 270 min dollara satılıb. Avtomobilin yeni sahibinin adı açıqlanmır.

Xəbəri «Frans Press» agentliyi yayıb.

Tramp bu maşını şəxsi istifadəsi üçün 2007-ci ildə alıbmış. Dörd illik istifadədən sonra avtomobil satılıb.

Hərracın nümayəndəsi bildirib ki, bu modeldən olan, amma sahibi məşhurlardan olmayan avtomobil 125-175 min dollar qazanc gətirə bilərdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar