“Cəbəlütarix heç vaxt İspaniyanın bir hissəsi olmayacaq” – Tereza Mey

Dərc olunub: 02/04/2017 - 22:01

tereza meyBöyük Britaniya baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Cəbəlütarixin əhalisinin iradəsinə zidd olaraq heç vaxt İspaniyanın bir hissəsi olmayacağını bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanat T. Meyin Cəbəlütarixin birinci naziri Fabian Pikardo ilə görüşündən sonra səsləndirilib.

T. Mey görüşdə Böyük Britaniyanın bir hissəsi olan Cəbəlütarixə, onun xalqına və iqtisadiyyatına dəstəyini davam etdirəcəyini vurğulayıb. T. Mey həmçinin Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı optimal razılaşmanın əldə olunması üçün Londonun mövqeyinin formalaşdırılması prosesinə Cəbəlütarixin də cəlb olunacağını vəd edib.


loading...




Fikrinizi bildirin