İrəvanda deputatlığa namizədin seçki qərargahından meyit tapıldı

İrəvanda sensasion hadisə qeydə alınıb. Bu gün saat 16 radələrində Maştotsa rayon polisinə belə bir məlumat daxil olub ki, deputatlığa namizədlərdən birinin seçki qərargahında meyit aşkarlanıb.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, Asratyan 16 ünvanına gedən polislər orada həqiqətən də yaşlı qadının meyitini görüblər.

Araşdırmalar nəticəsində məlum olub ki, bu, 77 yaşlı Susanna Arutyunyanın meyitidir. Ekspertlər meyitin üzərində hər hansı zorakılıq aşkarlamayıb.

Məlumata görə, bu ünvan turist kampaniyasına məxsus imiş. Son zamanlar isə deputatlığa namizəd Arman Saakyanın seçki qərargahı burada yerləşirmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar