Ermənistanda hakim partiya parlament seçkilerində liderdir - Exit-poll

Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Erkir media” telekanalının sifarişi əsasında Baltic Surveys/The Gallup Organization şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb.

“Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar