Tovuzda 21 yaşlı qadın pomidor turşusundan zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Hacıalı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Çinarə Nəbili axşam yeməyi zamanı yediyi pomidor turşusundan zəhərlənib. Yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılan qadına dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və mədəsi yuyulduqdan sonra palataya yerləşdirilib.

Onun vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar