Serbiyada keçirilən prezident seçkilərində baş nazir qalib gəlir
Baxiş sayı:
Dərc olunub:
02/04/2017 - 23:06
Serbiyada keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç 58,1%-ilə qalib gəlir.
İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.
Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır. Serbiya prezidenti 5 illik müddətə seçilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.