Ay, sənin məzən olsun «erməni dəzgahı»

Serjikin mənşəyi ilə qanının paramertləri düz gəlməyib!

serj-sarkisyanAyə, bu biometrik kart (pasport) deyilən nəsnə nə məzəli zad, ermənistandakı seçkilərdə istifadə olunan «texniki sistem» ondan da məzəli andır imiş! Xəbəri eşidəndə gülməkdən lap uğunub getdim…

Necə də gülməyəsən ki, erməni «məliki» Serjik bu gün seçkiyə təşrif buyurmaqla, cümlə erməniləri feyziyab eldiyi bir vaxtda, «sistem» onu tanımaqdan boyun qaçırıb - yəni ki, «erməni dəzgahı» Serjikin biometrik kartını tanımayıb, yəni ki, «çıxdaş» eləyib. Məzəli deyilmi?...

Məzə öz yerində, amma bir qədər də düşünməli olursan - ayə, «erməni dəzgahı» nədən, Serjiki kartında göstərildiyi kimi tanıya, yəni ki, identifikasiya edə bilməzdi?

Əslində, cavab çox sadədir və burada inteqral açmağa heç bir hacət yoxdur. Texniki sistemi də günahlandırmaq düzgün deyil. Nədən ki, Serjikin özü ilə onun kartını identifikasiya eləmək üçün gərəkdir ki, «erməni dəzgahı» kartdakı parametrləri bir-biri ilə necə deyərlər, tutuşdursun - dəzgahın təyinatı da elə bundan ibarətdir…

Xəbərdən aydın olur ki, «erməni dəzgahı» Serjikin kartındakı parametrləri tutuşduran zaman, xeyli məkrli bir anlaşılmazlıqla üzləşib. Bəs, anlaşılmazlıq nədən ibarət ola bilər, yahu?

Xeyli fikirləşdikdən sonra, deyəsən, tapmışam. Tapan kimi də təzədən uğunub getdim - lap «Marqo» hekayəsində rəhmətlik Mirzə Cəlil uğunduğu kimi…

Məlumdur ki, Serjik Dağlıq Qarabağda doğulub. Şübhəsiz, yaşlı nəsil qarabağlıların əksəriyyəti onun valideynlərini tanıyır - bu məsələdə Serjik o yan, bu yan eliyə bilməz. Kimlik kartını isə ona İrəvanda yazıblar və bu zaman bilərəkdən, olduqca ciddi «xəta»ya yol veriblər - yəni ki, onun atası haqqında məlumatı saxtalaşdırıblar. Başqa sözlə, Məmmədqulu əvəzinə, Karapetin «parametrləri»ni karta qısnayıblar!

«Erməni dəzgahı» da baxıb görüb ki, Serj Sərkisyanın kartındakı ata parametri ilə Karapetin parametri (qan göstəriciləri!) üst-üstə düşmür. Odur ki, dəzgah haqlı olaraq, Xankəndinə bu barədə təcili sorğu göndərib və alınan cavaba müvafiq olaraq, kartın «dalına bir şıllaq vuraraq», onu «eşşəyin belinə tərsinə otuzdurub…».

Ay, sənin məzən olsun «erməni dəzgahı» - erməninin özündən «ağıllı dəzgah»…

Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar