Gülənlə əlaqələrdə şübhəli bilinərək saxlanılanların sayı 113 min nəfəri ötüb

FETULLAH1469191932Türkiyədə dövlət çevrilişinə cəhddən sonrakı 8 ay ərzində 113 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə əlaqələrdə şübhəli bilinərək saxlanılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, 50 minə yaxın insan FETÖ işi ilə əlaqədar həbs edilib.

"Həbs edilənlərin 10 732 nəfəri polis, 7 643-ü hərbi qulluqçu, 168-i general, 2575 nəfəri hakim və prokuror, 208-i məmur və 26 177 mülki şəxsdir", - deyə nazir bildirib. S.Soylu qeyd edib ki, hazırda 47 mindən çox insan Gülənlə əlaqələrdə şübhəli bilinərək həbsdə saxlanılır.

Ümumilikdə FETÖ işi ilə bağlı 113260 nəfər həbs edilib. Lakin sonradan onların 65,36 min nəfəri azadlığa buraxılıb. Həmin şəxslərdən 41,5 min nəfəri hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

FETÖ ilə əlaqələrdə şübhəli bilinən 863 nəfər isə ölkədən qaçıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar