ÇOVDAROV NAZİRLİYİ MƏHKƏMƏYƏ VERDİ - Pensiya tələb edir
Baxiş sayı:
Dərc olunub:
03/04/2017 - 12:20
Həbsdə olan MTN generalı Akif Çovdarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.
İşə ilkin instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və qərara əsasən iş üzrə icraat dayandırılıb.
A.Çovdarov bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.