Rusiya «vahid kosmik sistem» peykini sınaqdan keçirir

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbçiləri «Vahid kosmik sistem» orbital qruplaşmasının ilk kosmik aparatının uçuş-konstruktor sınaqlarına başlayıblar.

Bu aparat kosmik eşalonda raket hücumu barədə xəbərdarlıq edən ilk aparat olacaq və ballistik raket buraxılışı barədə maksimal erkən məlumatlandırma təyinatı üzrə istifadə ediləcək («Voyennoe.rf»).

Plan üzrə, sınaqlardan sonra aparat artıq bu il orbitə çıxarılacaq. O cümlədən, 2020-ci ilə qədər 9-a yaxın yeni peykin işə buraxılması və raket hücumunun qarşısının alınması üçün 5 radiolokasiya stansiyasının tikilməsi planlaşdırılır.

«Vahid kosmik sistem», əsasını «Oko-1» sistemi peykləri təşkil edən eşalonu əvəz edəcək. Açıq məlumatlara görə, sonuncu belə aparat, 2014-cü ildə sıradan çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar