Bakıda bir neçə avtobus marşrutunun istiqaməti dəyişdirilir

marshrut1Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhərin mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.

Bu, Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumatda bildirilib.

"Dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq", - deyə məlumatda bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar