Sankt-Peterburqda üçgünlük matəm elan edilib

Sankt-Peterburq metrosunda baş vermiş partlayışlardan sonra şəhər Administrasiyası aprelin 4-dən etibarən üçgünlük matəm elan edib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Twitter" səhifəsində şəhər qubernatorunun mətbuat katibi Andrey Kibitov bildirib.

"Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenkonun göstərişinə əsasən, sabahdan etibarən şəhərdə üçgünlük matəm elan edilir", - məlumatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar