“Ohanyan-Raffi-Oskanyan” bloku seçkilərin nəticələrini tanımadı

“Bu, seçki yox, səs alveri və sistemli saxtalaşdırma idi”

Eks-prezident Levon Ter-Petrosyanın ardınca parlamentdən kənarda saxlanılan “Ohanyan-Raffi-Oskanyan” seçki bloku da seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“2 apreldə keçirilən parlament seçkilərindən sonra Ermənistan geriyə doğru iri addım atdı”- blokun bu gün yaydığı bəyanatda deyilir. Bildirilir ki, bu, seçki yox, hakimiyyət orqanları tərəfindən təşkil olunan səs alveri və sistemli saxtalaşdırma idi. “Seçkinin nəticələri real əhvalı və bizim xalqın maraqlarını əks etdirmir”-blok bəyan edir.

“Ohanyan-Raffi-Oskanyan” seçki bloku hesab edir ki, 2 apreldə hakimiyyəti yenidən qeyri-legitim yolla mənimsəyib, qanunsuz yolla formalaşdırıb. Qeyd olunub ki, siyasi inhisar vasitəsilə hakimiyyətin zəbti ölkədəki mövcud problemləri daha da artıracaq.

“Belə görünür ki, hakimiyyət orqanları xalqa bunu təlqin etmək istəyirlər ki, Ermənistanda seçki yolu ilə heç bir dəyişikliyə nail olmaq mümkün deyil” - bəyanatda deyilir. Sənəddə o da qeyd olunub ki, baş verənlərə baxmayaraq, blok vətəndaşların maraqlarını qorumağa davam edəcək. Seçki bloku həmçinin “Ohanyan-Raffa-Oskanyan” blokuna səs verən hər kəsə təşəkkürünü bildirib.

Bəyanatda qeyd olunub ki, mübarizə bundan sonra da davam edəcək. “Bu blokda toplaşmış güclər özünün aktiv fəaliyyətini Ermənistan və onun vətəndaşlarının ləyaqətli həyatı uğrunda davam etdirəcək. İnanırıq ki, bu qarabasma uzun çəkməyəcək. Dəyişikliklər qaçılmazdır və biz bu prosesdə ön sırada dayanacağıq, bu dəyişikliklərin aparıcı qüvvəsi olacağıq” – bəyanatda bildirilir.

Xatırladaq ki, seçkilərlə bağlı yekun nəticələr 9 apreldə elan olunacaq. Artıq iki blok, bir partiya nəticələri tanımaqdan imtina edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar