Türkiyədə terror - Polislər hədəfdə

Türkiyənin Mersin şəhərinin cənubunda baş vermiş bomba partlayışı nəticəsində 2 polis əməkdaşı yaralanıb.

"Ölkə.Az" xəbər verir ki, Mersin polis idarəsindən hadisənin terror aktı olduğu bildirilib. Açıqlamaya görə, bu bombalı hücumun təşkilatçılarını və icraçılarını tapmaq üçün əməliyyat-axtarış tədbirləri başladılıb.

Mersin şəhərinin meri Özdəmir Çakaçak bombanın uzaqdan idarə olunan qurğu ilə parladıldığını və məsələ ilə bağlı təhqiqatların davam etdiyini deyib.

Yaralanmış 2 polis əməkdaşı Mersin Tibb Universitetinin xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar