Almaniyada BMW zavodunda partlayış - Xəsarət alanlar var

Bavariya federal torpağında yerləşən "BMW" avtokonserninə məxsus zavodda partlayış baş verib.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışda 5 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, zavodda sıxılmış qaz balonu partlayıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu, helikopterlə xəstəxanaya aparıldığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar