Maşını idarə etmək üsulu sürücü haqqında çox şey deyir – TEST

Avtomobil idarə etmək qaydası insan xarakterini açır

Şəkildəki sükan tutuşunuzu seçib, özünüz haqqında maraqlı şeylər öyrənin.

1. Minimalist

Həyatınızı mümkün olduğu qədər asanlaşdırmağa çalışırsız. Lazımsız əşyalardan və lazımsız insanlardan uzaq durursuz, ünsiyyət üçün ən doğru və ürəyiaçıq insanları seçirsiz. Sizin üçün yanınızda bir neçə yaxın dostun olması daha əhəmiyyətlidir, gələcəyi olmayan münasibətlərə vaxt sərf etmirsiz. Ancaq sizin minimalist olmağınız heç də darıxdırıcı insan olduğunuza dəlalət etmir! Ətrafdakilər zövqünüzü və həyata dramatizmdan arındırılmış baxışınızı bəyənir.

2. Zarafatçıl

Beyniniz davamlı olaraq müxtəlif dəli ideyalar yaradır. Siz hər bir vəziyyətdə gülməli bir şey tapırsız. Siz çox sevimli və enerji dolu insansız. Kreativliyiniz və artistizm qabiliyyətiniz ətrafınızda çoxlu dostları toplayır. Ancaq onlar yaxşı bilir ki, sizinlə hazırcavablıqda yarışmağa dəyməz. çünki bunda sizi keçə bilməyəcəklər.

3. Sülhpərəst

Konfliktlərdən, mübahisələrdən uzaqsızı, çünki onlar sizin mənəvi tarazlığınızı pozur. Səsinizi ucaltdığınız vaxtı, yaxınlarınız təəcüblənir və vəziyyətin ciddi olduğunu başa düşür. Davaları heç sevmirsiniz, buna görə də bütün sülhpərəst qabiliyyətinizi yaxınlarınızın arasında olan küskünlüyün aradan qaldırılmasına yönləndirirsiz.

4. Perfeksionist

Xırda detallara çox əhəmiyyət verirsiniz, hər şeyin, plana uyğun getməsini sevirsiniz. Tam əminsiniz ki, bir şeyi etdiyiniz zaman onu ideal olaraq yerinə yetirmək lazımdır. Siz hər zaman səliqəli və gözəl görsənizsiniz. Sizin ideallığınız, sizi böyük uğura gətirəcəkdir. Başqaları sizin təhsildə, işdə və münasibətlərdə çatacağınız uğurlar haqda ancaq xəyal edə bilər.

5. Panikaçı

Siz çox vaxt qorxularınızla mübarizə edirsiniz. Siz bütün qapıların bağlı olduğunu və ya evinizdə ümumiyyətlə olmayan ütünün sönrdüyünüzü yoxlamaq üşün evə bir neçə dəfə qayıda bilərsiniz. Risk etməyi heç sevmirsiniz və ancaq sınanmış və etibarlı üsullardan istifadə edirsiniz. Sizin qohumlarınız və yaxınlarınız sizi çox sevirlər və sizə daima kömək etməyə çalışırlar, çünki bilirlər ki, əminsizliyinizin arxasında əla bir insan gizlənir.

6. Macərapərəst

Risk və adrenalini çox sevirsiniz. İncə xətt üstündə yeriməyi xoşlayırsınız, eyni zamanda hesab edirsiniz ki, həyatı maksimal sürətdə yaşamaq lazımdır. Siz hələ də paraşüt elə ya da banci ilə atlamamısınızsa, - bu ekstrim sizin çox xoşunuza gələcəkdir. Məhəbbət haqqında danışacaq olsaq, burada da siz özünüzü hisslərə buraxa hazırsınız. Əlbəttə ki, dostlarınız sizin tükənməz enerjinizə heyran qalırlar və hər zaman sizə qoşulmaya bilərlər. Ancaq sizin “həyatı tam yaşamaq” kredonuz onların gözlərində hörmətinizi artırır.

7. Boss

Siz anadangəlmə lidersiz. Situasiyanı ələ almaq, onu dəqiq və əmin idarə etmək qabiliyyətiniz var. Ətrafdakilər sizə kömək və məsləhət üçün müraciət edirlər. Sizin özünüzə əmin olduğunuzdan dolayı onlar da sizə etibar edirlər. Sizi tez-tez təşkilati və liderlik qabiliyyətinizə görə tərifləyirlər. Münasibətlərdə siz, ola bilsin, sizi tamamlayan insanı tapmaqda çətinlik çəkə bilərsiniz. Ancaq belə bir adamı tapandan sonra başa düşərsiniz ki, gözləməyə dəyərdi.

8. Etibarlı

İnsanlar sizi sevir. Siz — ailənizə və dostlarınızə həmişə çox böyük dəstək olursuz. Siz ürəksən başqaların uğurlarına sevinən və başqa insanlara heyranlığınızı gizlətməyən insansınız. Siz əla dinləyinisiniz, buna görə də sizə insanlar tez-tez məsləhət almaq üçün müraciət edir. Divarları aradan qaldıran tip deyilsini, arada inisiativi başların ələ almağa imkan yaradırsız. Onlar həyatın çətinlikləri ilə mücadilə edənə kimi siz, dünyanın səs-küyündən uzaq dincələrək həyatı olduğu kimi qəbul edirsiniz.

9. Pofigist

Sizin həyata qarşı olan baxışınıza paxıllıq etmək olar. Heç bir şey ilə başınızı ağrıtmırsınız və ətrafdakilər elə düşünə bilər ki, dünya vecinizə deyil. Həyatın ən çətin anlarında belə siz əminkil və təmkinliklə dolusunuz. Hər gün sizin üçün bayramdır. Dostlarınız və yaxınlarınız əylənməy istədikləri zaman sizə qoşulmağı arzulayırlar.

10. Tank

Siz hər zaman məşğulsunuz və qarşınıza çıxan maniyələrə vaxt itirməyə həvəsiniz yoxdur. Problemi incə yollarla həll etməkdənsə, divarları sındıraraq düm-düz keçməyi seçirsiz. Ətrafdakilər sizin düzlüyünüzü və əzminizə heyrandır. Dostlar sizə hər zaman hər bir vəziyyətdə etibar edirlər. Siz daim hərəkətdəsiniz və mütləq hər bir işdə müvəffəqiyyət qazanacaqsınız.(avtosfer.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar