Milli Şura mitinqin vaxtını dəyişdi - YENİLƏNİB

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklifini qəbul edib.

APA-nın xəbərinə görə, Milli Şura aprelin 9-na təyin etdiyi mitinqin vaxtını dəyişərək, aprelin 8-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, Milli Şura aprelin 9-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH isə mitinqin aprelin 8-də keçirilməsini məqsədəuyğun hesab edib.

* * *

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 9-da mitinq keçirməsinə razılıq verməyib.

APA-nın məlumatına görə, BŞİH aksiyanın aprelin 8-də keçirilməsini təklif edib.

* * *

Milli Şura aprelin 9-u mitinq keçirməyi planlaşdırır.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, mitinqlə bağlı müraciət ünvanlansa da, hələlik heç bir cavab verilməyib.

Milli Şura tərəfindən aprelin 9-na təyin olunan mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət məktubu ünvanlanıb. Məktubda mitinqin keçiriləcəyi ərazi “Məhsul” stadionu olaraq göstərilib.

Amma, Bakı Şəhər İcra Hakimiyyəti qarşı tərəfin müraciətinə hər hansı cavab verməyib. Hələlik, müraciətə baxılır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar